Faşizm üzərində qələbənin 75 illiyində faşist Ermənilərdən yardım yalvarışı - - FOTO

Faşizm üzərində qələbənin 75 illiyində faşist Ermənilərdən yardım yalvarışı - - FOTO

MDB gənclərlə iş üzrə Şuranın sayca 27-ci iclasında Azərbaycanı Gənclər və İdman nazirinin müavini İntiqam Babayev təmsil edib.

Rusiya Federasiyası, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın gənclər siyasətinə məsul nazirlərinin qatıldığı iclas COVİD 19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatında gerçəkləşib.

İclasın ilkin mövzularından biri Böyük Vətən müharibəsinin 75 illiyi ilə bağlı üzv dövlətlərin bu istiqamətdə gördüyü işlərlə bağlı məruzələrin dinlənilməsi olub. Öz növbəsində nazir müavini İntiqam Babayev Azərbaycanın faşizm üzrəində qələbənin qazanılmasında xüsusi töhfəsi olduğunu diqqətə çatdıraraq, nazirliyin bununla bağlı həyata keçirdiyi bir çox layihələri haqqında məlumat verib, hər il 9 May qələbə gününündə gənclərin müharibə veteranları ilə görüşdüklərini, onların qəhrəmanlıqlarının yaşadıldığını diqqətə çatdırıb.

Məhz elə Ermənistanı da qıcıq edən İntiqam Babayevin qələbənin 75 illiyini qeyd etdiyimiz bu məqamda Azərbaycanın Ermənistan tərəfindən faşistcəsinə hücumlara məruz qaldığını, müharibənin aparılmadığı Gəncə, Mingəçevir və digər şəhərlərinə düşmənin bütün beynəlxalq prosedurları pozaraq raket atdığını və nəticədə dinc əhalinin öldürüldüyünü , uşaq da daxil olmaqla bir çox insanların yaralandığını, yaşayış evlərinə ciddi ziyan dəydiyini söyləməsi olub.

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirasyan Dağlıq Qarabağın şəhər və kəndlərinin Azərbaycan tərəfindən hücuma məruz qaldığını, Şuşadakı kilsənin dağıdıldığını və bu döyüşlərdə Türkiyənin ölkəmizə dəstək göstərdiyini söyləyərək, MDB gənclərlə iş üzrə Şuranın iştirakçılarını Azərbaycana qarşı mübarizəyə çağırıb. Nazir müavini “Bizi xilas edin” söyləyərək, imdad diləyib.

Qeyd edək ki, iclas zamanı MDB-ə üzv ölkələrin ötən dönəm ərzində gənclər və idman sahələrində gördükləri işlərə nəzər salınıb, fikir mübadiləsi aparılıb.

Sədrlik növbəti il üçün Tacikistana keçib.