Düşmənin atdığı daha bir "Smerç" Tərtərin Düyərli kəndinə düşdü

Düşmənin atdığı daha bir "Smerç" Tərtərin Düyərli kəndinə düşdü

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və ətraf kəndləri "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşinə tutub.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, düşmən tərəfindən atılan "Smerç" raketi rayonun Düyərli kəndi ərazinə düşüb. Kənd sakini Əvəz Həsənovun həyətinə düşən mərmi xoşbəxtlikdən partlamayıb.