Başıaşağı erməni zabitləri - Bunkerdə keçirilən iclas (FOTO)

Başıaşağı erməni zabitləri - Bunkerdə keçirilən iclas (FOTO)

Bakı. Asif Mehman - Trend:

Xəbər verdiyimiz kimi, bugün qondarma rejimin "müdafiə naziri" Arutyunyanın ölüm xəbəri yayılıb. Məlumatlara görə, “müdafiə naziri” ilk öncə ağır yaralanıb. Xəstəxanaya çatdırIan Arutyunyanın həyatını xilas etmək mümkün olmayıb.

Trend-in məlumatına görə, qondarma rejimin hərbi rəhbərliyi yeni "nazir" təyin etmək üçün bunkerdə iclas keçirib. İclasda yeni "müdafiə naziri" təyin edilib. Lakin iclasda diqqət çəkən əsas məqam ondan ibarətdir ki, yeni nazir başda olmaqla, bütün zabitlər məyus vəziyyətdədirlər.

Qondarma rejimin hərbi rəhbərliyi artıq döyüş meydanlarında yaşadıqları acı məğlubiyyətlərin sonunu təxmin edirlər.

Bir neçə gündür sosial şəbəkələrdə yayılan videolardan görünür ki, Ermənistan ordusunda hərbi qulluqçuların silahla və maddi təminatında ciddi problemlər yaranıb, artıq döyüşlərdən qaçırlar.