Əsrə bərabər bir ay: Azərbaycan Vətən Müharibəsində nə qazandı? - BİZİM TƏQDİMAT

Əsrə bərabər bir ay: Azərbaycan Vətən Müharibəsində nə qazandı? - BİZİM TƏQDİMAT

Bu gün sentyabrın 27-də başlayan Vətən Müharibəsinin 1 ayı tamam olur. Bu 1 ay ərzində Azərbaycan Silahlı Qüvvələri böyük uğurlara imza atıb.

Belə ki, ordumuz 4 şəhər, 3 qəsəbə, 150-dan çox kənd, bir sıra önəmli yüksəklikləri işğaldan azad edib. Eyni zamanda, düşmənin çox sayda hərbi texnikası məhv edilib, bir çoxu qənimət kimi ələ keçirilib.

Bununla yanaşı, düşmən ordusunun müqaviməti qırılıb, çox sayda əsgəri, yüksək rütbəli zabitləri Ordumuz tərəfindən zərərsizləşdirilib.

Cebhe.info şanlı Azərbaycan Ordusunun 1 ay ərzində Vətən müharibəsində qazandığı uğurlarını təqdim edir.

*Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 26-da Qubadlı şəhərini və bir çox kəndləri işğaldan azad edib.

*Cəbrayıl şəhərinin işağaldan azad olunan yaşayış məntəqələri:

Sentyabrın 27-də Böyük Mərcanlı, Nüzgar kəndləri;
Oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybən, Quycaq kəndlərini;
Oktyabrın 4-də Daşkəsən, Decal, Karxulu, Şükürbəyli, Çərəkən, Horovlu, Mahmudlu, Cəfərabad,Yuxarı Maralyan kəndlərini;
Oktyabrın 5-də Şıxəli Ağalı, Sarıcalı, Mərzə kəndlərini;
Oktyabrın 9-da Qaracallı, Süleymanlı, Əfəndilər kəndlərini;
Oktyabrın 15-də Doşulu kəndini;
Oktyabrın 19-da Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, GöyərçinVeysəlli, Niyazqullar, Keçəlməmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərini;
Oktyabrın 20-də Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daşveysəlli, Ağtəpə, Yarəhmədli kəndlərini;
Oktyabrın 21-də Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini;
Oktyabrın 22-də Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini;
Oktyabrın 23-də Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli kəndlərini;
Oktyabrın 26-da Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri işğaldan azad edib.

*Füzuli rayonunun işğaldan azad olunan yaşayış məntəqələri:

Sentyabrın 27-də Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Aşağı Əbdülrəhmanlı, Yuxarı Əbdülrəhmanlı kəndlərini;
Oktyabrın 9-da Yuxarı Güzlək, Gorazıllı kəndlərini;
Oktyabrın 14-də Qaradağlı, Xatunbulaq, Qarakolluq kəndlərini;
Oktyabrın 17-də Qoçəhmədli, Çimən, Cuvarlı , Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini;
Oktyabrın 20-də Dördçinar, Kürdlər, Yuxarı Əbdürrahmanlı, Qarğabazar, Ağağı Veysəlli, Yuxarı Aybasanlı kəndlərini;
Oktyabrın 21-də Gecegözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini;
Oktyabrın 22-də Məstəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli kəndlərini işğaldan azad edilib.

*Zəngilanın işğaldan azad edilən yaşayış məntəqələri:

Oktyabrın 20-də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri;
Oktyabrın 21-də Mincivan, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turababad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri;
Oktyabrın 22-də Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri, Ağbənd qəsəbəsi.
Oktyabrın 23-də Vənədli, Mirzəhəsənli kəndləri;
Oktyabrın 26-da Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri işğaldan azad edilib.

*Qubadlı rayonunun işğaldan azad olunan yaşayış məntəqələri:

Oktyabrın 23-də Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndləri;
Oktyabrın 26-da Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri işğaldan azad edilib.

*Xocavənd rayonunun işğaldan azad edilən yaşayış məntəqələri:

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Sur kəndi;
Oktyabrın 14-də Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri;
Oktyabrın 15-də Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri;
Oktyabrın 20-də Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri;
Oktyabrın 23-də Dolanar, Bünyadlı kəndləri işğaldan azad edilib.

*Tərtər rayonunun azad olunan kəndləri:

Oktyabrın 3-də Talış kəndi;
Oktyabrın 9-da Çaylı kəndi işğaldan azad olunub.

*Bundan əlavə, sentyabrın 29-da Murov zirvəsi işğaldan azad olunub.

*Oktyabrın 3-də Suqovuşan (Ağdərə) azad olunub.

1 ayda düşmənin məhv edilən və qənimət götürülən hərbi texnikası:

*Düşmənin 252 tankı məhv edilib. 53 tank hərbi qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Piyadaların 50 döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. 251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb.

*53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi), bir TOS məhv edilib.

*4 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki “S-125” zenit-raket kompleksi məhv edilib.

*Ən bahalı qurğulardan olan 6 “S-300” zenit-raket kompleksi məhv edilib.

*Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib. *Əməliyyat taktiki raket komplekslərindən 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus” məhv edilib.
*1 “Toçka-U” raketi məhv edilib.
*231 yük avtomobili məhv edilib. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Düşmən toplam 404 yük avtomobilindən məhrum edilib.

Düşmənin indiyədək xeyli sayda canlı qüvvəsi də məhv edilib. Baxmayaraq ki, Ermənistan tərəfi ölən hərbçilərinin sayının 1000-ə yaxın olduğunu açıqlayır, real rəqəmlər sözsüz ki, dəfələrlə yüksəkdir. Onlar sırasında yüksək rütbəli zabitlər də var. Həmin zabitlərin bir qismini diqqətinizə çatdırırıq:

*Ermənistan ordusunun polkovniki, 48 yaşlı Nikolay Mikaeloviç Aykyan;
*Desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan;
*Ermənistan silahlı qüvvələrinin generalı Arshavir Gharamyan;
*Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan;
*Mayor Slavik Nikolay Avetisyan;
*Polkovnik-leytenant Arman Dermeyan;
*1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan;
*246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan;
*Polkovnik Karen Çarukyan;
*Ermənistan silahlı qüvvələrinin mayoru, snayper Qrayr Xaçatryan;
*Baş leytenant Mihran Avdalyan;
*Mayor Qrişa Tumasyan;
*General-mayor Artak Tonoyan və.s

Bütün bunlar rəşadətli Ordumuzun 1 aya əldə etdiyi göstəricilərdir. Əminik ki, şanlı Ordumuz qısa zaman ərzində daha böyük nailiyyətlərə imza atacaq və 30 illik Vətən həsrətimizə Vətən Müharibəsində son qoyacaq.

Naibə
Cebhe.info



Bizim Telegram səhifəmizi izləyin