Ankarada terror planlaşdıran 7 İŞİD üzvü saxlanıldı

Ankarada terror planlaşdıran 7 İŞİD üzvü saxlanıldı

Türkiyənin paytaxtı Ankarada 29 oktyabr və 10 noyabr tarixlərində terror aktı törətməyi planlaşdıran İŞİD üzvləri saxlanılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu tərəfindən edilən yazılı açıqlamada məlumat verilib.

Terrorçuların Türkiyəyə Suriyadan qanunsuz yolla daxil olduqları öyrənilib. Saxlanılan üzvlərdən birinin qanlı edam görüntüləri ilə məşhur olduğu məlum olub.

Ankarada 29 Oktyabr - Cümhuriyyət Günü və 10 noyabr mərasimləri zamanı terror planlaşdıran 7 İŞİD üzvünün iki ayrı əməliyyatla nəzarətə alındığı qeyd olunub.

Bundan əlavə aparılan araşdırmalarla terroçuların İraq və Suriyadakı qarşıdurma bölgələrində aktiv əməliyyatlarda iştirak etdiyi təsbit edilib.

Şübhəlilərin gizləndikləri evlərdə aparılan axtarış zamanı çox sayda təşkilati sənəd və rəqəmsal materiallar ələ keçirilib. Əməliyyatla bağlı istintaq davam edir.