Deputat Ukrayna tarixini yazdı: Göy türklərdən qıpçaqlara qədər...

Deputat Ukrayna tarixini yazdı: Göy türklərdən qıpçaqlara qədər...

"Bu gün səhər yerli televiziyalarımızdan biri Ukrayna haqqında qısa bir telesujet təqdim etdi. Bu ölkənin bayrağı və onun rənglərindən danışıldı .Məqsəd Azərbaycanla Ukrayna arasında yüksək səviyyəli dostluq münasibətlərini ictimai diqqətə təqdim etmək idi və əlbəttə, doğru bir iş görürdü"

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili bu barədə məlumat azlığına da diqqət çəkib:

"Ancaq gənc aparıcı bu təqdimatı sadəcə, məhdud elmi mənbələrdən istifadə etməklə gerçəkləşdirdi. Çünki başqa çarəsi də yox idi . Axı həm bizim, həm də Ukraynanın rəsmi elmi dövriyyəsində olan məlumatlar ya çox məhdud ya da xeyli gerçəkdən uzaqdır .Ukarayna işğal edilib, "Malorossiya" adlandırıldıqdan sonra onun tarixi də düz bizim tariximiz kimi saxtalaşdırılıb. Süni tarix konsepsiyası əsasında slavyanlaşdırılıb .Əslində isə Ukrayna tarixi Dəşti-Kıpçaqdır. Yəni Kıpçaq çölləridir .Əhalisi də əsas etibarilə kıpçaq, kuman, poleveç, as, kasər (xəzər) və .s türk boylarından ibarət olub. Ona görə də Ukraynanın bayrağındakı mavi rənğ onların türklüyünü bildirir .Sarı rəng isə günəşi, yəni sülhü və taxıl zəmilərini simvolizə edir .Qədim türklər göy qübbəsini özləri üçün çadır, günəşi isə özlərinə bayraq hesab edirdilər. Bayraq əslində "baydaq", yəni "bay-dirək" deməkdir. Bay "zəngin, varlı", dirək isə "dik duran, əbədi" deməkdir. Ona görə də qıpçaqların başqa bir dövləti olan Qazaxıstan yeni paytaxtına Baytrek ( Bay-Dirək) simvolu dikdi. Çünki Nazarbayev tarixi və onun ənənələrini yaxşı bilirdi. Günəş və Göyün ən bariz kombinasiyalarından biri də məhşur Qırğız çadırlarında və bayrağında öz əksini tapır. Ukraynanın herbi (gerb) də elə türk tarixi və etnoyaddaşı ilə bəzədilib .Kıpçaq sözünün etimoloji açıqlamaslarından biri də onun iki- bıçaq kimi izah olunmasıdır. Gerbə diqqətlə baxsaq, aydın görəcəyik ki, iki bıçaq üz-üzə qoyulub və ortada olan müqəddəs qopuzu qoruyur. Yəni qılınc xalqı və onun mədəniyyətini, mənəviyyatını düşmənlərdən qoruyur". Deputat qısaca olaraq digər sözlərin etimalogiyaları haqqında da yazıb: "Kiyev - Kıyı ev. Kıyı "sahil, uc" deməkdir. Biz gözün qıyısı dedikdə kipriyin göz qapağı ilə birləşdiyi yeri, Anadolu türkləri isə elə sahili nəzərdə tutur. Əslində eyni məzmunu ifadə edir. Ev isə elə bizim bildiyimiz ev deməkdir. Yəni Kıyı - ev kıpçaqların dəşti-kıpçaqda "sonuncu evi, ucqardakı evi" deməkdir .Ruslar Ukarynanını işğal etdikdən sonra Kıyı- Evi, yənu ucqar evi mənasını hərfi tərcümə edərək "O Krayina", yəni "ucqarda olan yer" kimi ifadə etdilər və Ukrayina adı yarandı. Azak dənizini, yəni birbaşa bizim etnik kökümüzlə bağlı olan As- Ak etnotoponiminə rusca yer bildirən "ov" soyadını əlavə etməklə, onu Azov hidrotoponiminə çevirdilər . Və 16-cı əsrin ortalarında ruslar Ukraynanı işğal edəndə oraya göndərilən səfarətin (səfirliyin ) içərisində iki tərcüməçi də var idi .Biri tatar Bilal Baysa digəri xristiyan kıpçaq Stepan İvançuk!. Sonralar isə kıpçaq dilindən ictimai yerlərdə istifadə edilməsi Çar Yekaterina tərəfindən qadağan edildi. Fərmanda deyilirdi ki, bütün üsullarla nail olmaq lazımdır ki, onlar qurd meşəyə baxan kimi öz keçmişlərinə baxmasınlar. Kıpçaqların isə gözü həmişə meşədə, yəni öz azadlıqlarında idi. Bu gün də elədir. Sonralar bu fərman rus zərbi-məsəlinə çevirildi- "Skolko volka ne kormi vse rovno v les budit smotrit", yəni qurdu nə qədər bəsləsən də, yenə gözü meşədə olacaq. Etiraf edək ki, zərbi-məsəl özünü doğruldub. Ukraynalı qardaşlarımızın gözü meşədədir, yəni azadlıqlarında! Gög Tenqri Kutlasın!"

Əli Bədir
Cebhe.info



Bizim Telegram səhifəmizi izləyin