İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir

İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Bakı. Elnur Bağışov – Trend:

İran xarici işlər nazirinin müavini Abbas İraqçı Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu Abbas İraqçının özü İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində jurnalistlərə açıqlamasında deyib.

A.İraqçının sözlərinə görə, sərhəd bölgələr, xüsusilə Xudafərin körpüsü və Mil-Muğan su bəndi ilə yaxından tanış olacaq.

Nazir müavini əlavə edib ki, iki ölkə sərhədlərində və su bəndlərində təhlükəsizliyin təmin olunması əsas məqsədlərdəndir.