Çeçenistan müftisindən Makrona sərt sözlər: “Bir nömrəli terroçusan”

Çeçenistan müftisindən Makrona sərt sözlər: “Bir nömrəli terroçusan”

Fransa Prezidenti Emmanuel Makronun hərəkətləri İslam dininə hücumdur və insan ölümlərinə səbəb ola bilər.

Yenisabah.az xəbər verir ki, bu sözləri Çeçenistanın müftisi Salah-Hacı Məciyev deyib.

“Makron, sən dünyanın bir nömrəli terrorçusan. Siz Peyğəmbərimizi təhqir etməklə bütün peyğəmbərləri (onlara salam olsun) və bütün dinləri təhqir edirsiniz. Sən heç bir mənəvi prinsipləri və dəyərləri olmayan insanlığın düşməni, bütün müsəlmanların düşmənisən”, - deyə mufti bildirib.