Litva sakinləri Gəncə qətliamına etiraz edibləır

Litva sakinləri Gəncə qətliamına etiraz edibləır

“Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev Litvanın radio və televiziyalarına, informasiya agentliklərinə müsahibələr verir. Eləcə də məqalələri dərc olunur”.

Bu barədə Modern.az-a Azərbaycanın Litvadakı səfirliyinin müşaviri Atəş Qırxıyev məlumat verib.

Müşavir qeyd edib ki, hazırda da Azərbaycanın haqq işinin Litva xalqına çatdırılması məsələsində səfirlik işini davam etdirir:

“Eyni zamanda Litvanın siyasi şərhçiləri, konfliktoloqları, politoloqları Azərbaycanın haqq işini dəstəkləyən çıxışlar edirlər. Hətta, Gəncə hadisələrdi ilə bağlı səfirliyin önündə yüzlərlə insan toplaşmışdı. Nəinki azərbaycanlılar, eləcə də, litvalılar səfirliyin önünə toplaşaraq erməni vəhşiliyinə etiraz ediblər”.

Səfirlik rəsmisi Litva rəhbərliyində yüksək vəzifə tutan şəxslərlə, nümayəndələrlə görüşlər keçirərək onlara gerçəkləri çatdırdıqlarını da vurğulayıb.