Azərbaycan sığorta bazarının son vəziyəti açıqlandı

Azərbaycan sığorta bazarının son vəziyəti açıqlandı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 581 milyon 509 min manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 307 milyon 762 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 52,6% çoxdur.

2020-cu ilin yanvar-sentyabr aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,9 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-sentyabr aylarında bu göstərici 38,6 manat olub.

Report