Atatürkün geyindiyi uzunboğaz çəkmələrin bənzərini hazırladı-FOTO

Atatürkün geyindiyi uzunboğaz çəkmələrin bənzərini hazırladı-FOTO

Türkiyənin Aydın şəhərinin İncirliova qəsəbəsində yaşayan və 28 ildir uzunboğaz çəkmələr hazırlayan ayaqqabı ustası İzzet Erkaç, İzmirdən olan bir müştərinin sifarişi əsasında Mustafa Kamal Atatürkün çəkmələrinin bənzərini yaradıb.

Open.az xəbər verir ki, Atatürkün çəkmələrinin bənzərini hazırlamaq üçün 1 həftə kağız üzərində iş aparan usta, daha sonra uzunboğaz çəkmələri 1 ay ərzində tikərək, ərsəyə gətirib. Uzunboğaz çəkmənin sifarişini verən İzmirli müştərisi isə çəkmələri muzeyə hədiyyə olaraq, təqdim edəcəyini açıqlayıb.

Qeyd edək ki, maddi dəyəri min lirə civarında olan uzunboğaz çəkmələr, ötən əsrin 1920-ci illərində dəbdə olub və Mustafa Kamal Atatürk başda olmaqla o dövrün tanınmış insanları həmin çəkmələrdən geyiniblər.

Ülviyyə Həsənqızı