Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular! - VİDEO

Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular! - VİDEO

Gənclər Fondu və "Cavan” Gənclər İB "Ya Qarabağ, ya ölüm!” mahnısını yeni aranjimanda Azərbaycan ictimaiyyətinə təqdim edib.

AZXEBER.COM xəbər verir ki, ADA məzunu Günay Bədəlova mahnını öz ifasında Instagram səhifəsində paylaşdıqdan sonra, bu ictimaiyyətdə böyük maraq doğurdu və ona bu mahnının yeni aranjimanda yazılması və klip çəkilməsi təklif edildi.

Günay Bədəlova layihə ilə bağlı fikirlərini belə ifadə etmişdir: "Hələ də başıma gələnlərə inanmıram! Kamera qarşısında dayanıram! İnanılmazdır! Mənim üçün unudulmaz olan isə, çəkiliş zamanı çəkilişi saxlayıb hörmətli Prezidentimiz cənab İlham Əliyevin çıxışını diqqətlə dinləməyimiz və doğma Zəngilanımın işğaldan azad edilməsi xəbərini eşitməyim oldu! Sevincimin həddi-hüdudu yox idi!"

"Ya Qarabağ, ya ölüm!" mahnısının 21 yaşı var. Bu mahnının yaşıdları bu gün Qarabağda döyüşür, torpaqlarımızı işğalçılardan azad edirlər.

Bu mahnı Azərbaycanın "Base” leyblının ilk layihəsidir. Mahnının sözləri Ozan Arifə, musiqisi və aranjimanı Aytən İsmixanovaya aiddir. Gənclər Fondu və "Cavan” İB Cövdət Hacıyev adına 3 saylı Musiqi Məktəbinin «Renessans» uşaq xoruna, "Base” leyblının rəhbərləri İsa Məlikov və Pərviz İsaqova, lahiyə rəhbəri Əlixan Rəcəbova, quruluşçu rejissor Vüsal Əhmədzadəyə, quruluşçu operator Orxan Məmmədovə və aranjimançı Emin Kərimə təşəkkür edir.

Həmin mahnını diqqətinizə təqdim edirik:

https://www.facebook.com/watch/?v=1062418067543559

Qarabağ Azərbaycandır!