Əliməmməd Nuriyev: “Ali Baş Komandan kağız üzərində qalan BMT qətanəmələrini ica edir”

Əliməmməd Nuriyev:  “Ali Baş Komandan kağız üzərində qalan BMT qətanəmələrini ica edir”

“Xalqımız, hər birimiz bir daha şahidi olduq ki, Ali Baş Komandan başda olmaqla, ölkəmiz diplomatik müstəvidə də düşməni sona qədər qovmaq əzmində, qətiyyətində və qüdrətindədir”.

Cebhe.info xəbər verir ki, bunu Konstitusiya Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev deyib.

O bildirib ki, diplomtik savaşımız da əmin əllərdədir:

“Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa sonuncu müraciəti ölkəmizin, dövlət başıçısının yalnız təcavüzkar Ermənistana qarşı deyil, yalnız sözdə haqq-ədalət, bəşəri dəyərlər, beynəlxalq hüquqdan danışan, reallqıda isə işğal faktına göz yummaq, az qala bəraət qazandırmaq mövqeyi tutan ölkələr alyansına qarşı durduğunu göstərdi. Ali Baş Komandan bir daha bütün dünyaya bəyan etdi ki, bu milli iradənin təzahürüdür. O, isə vahid, yumruq kimi birləşmiş, aydın hədəfi olan, haqq uğrunda, vətən azadlığı uğrunda vuruşan xalqın sərkərdəsidir. Ali Baş Komandan kimi milli iradənin yerinə yetirərək BMT TŞ üzvləri tərəfindən yekdilliklə qəbul olunan, 30 ildir ki, kağız üzərində qalan BMT qətanəmələrini ica edir. Prezident Azərbaycan Ordusunun və özünün əsas güc mənbəyinin xalqın birliyi olduğunu bir daha bütün dünyaya bəyan etdi. Milli birlik, həmrəylik əsas milli dəyərimizdir. Cənab Prezidentin şüarı hər zamankından daha aktualdlır: Biz birlikdə güclüyük! Bizlərin də hər birimizin əsas vəzifəsi, amalı, tapşırığı bu birliyi qorumaqdan, həmrəyliyə və Ali Baş Komandanımıza dəstək verməkdən ibarət olmalıdır”.

Vilayət Muxtar
Cebhe.info



Bizim Telegram səhifəmizi izləyin