Ermənistan daha 35 itkisini açıqladı

Ermənistan daha 35 itkisini açıqladı

Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 35 hərbçisinin adını açıqlayıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1009-a çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları döyüşlərə cəlb edir. Onların ölüm statistikası aparılmır.

Pərvanə Sultanova