Müharibənin bir ayı: 30 ilə bərabər 30 gün

Müharibənin bir ayı: 30 ilə bərabər 30 gün

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından bir ay keçir. İyirmi yeddi il əvvəl itirdiyimiz torpaqların bir hissəsini (təxminən 1/5) cəmi bir ay ərzində geri qaytarmışıq. Bir ay əvvəl bu günləri yaşayacağımıza inanmırdıq. Lakin Azərbaycan Ordusu hərb meydanında öz sözünü deyir və xalqımızı ardıcıl qələbə xəbərlərinə sevindirməkdə davam edir. Keçən günlər ərzində ordumuz mənfur düşmən tapdağından 4 şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) və qəsəbələri, 150-dən artıq kəndi, əhəmiyyətli strateji mövqeləri işğaldan azad edib.

Bildiyiniz kimi, bu müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmənin dəyəri $2 mlrd-dan çox olan texnikasını məhv edilib. Bir ay ərzində düşmən itkilərinin statistikasına qısaca nəzər salaq.

Düşmənin məhv edilən calı qüvvəsi 3 mindən çoxdur.

Məhv edilən və ələ keçirilən düşmən texnikaları:

252 tank məhv edilib, 53 tank hərbi qənimət kimi götürülüb
50 ədəd piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb.
251 ədəd müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb
61 minaatan məhv edilib, 45-i qənimət götürülüb
53 tank əleyhinə vasitə məhv edilib
82 "Qrad" qurğusu məhv edilib
2 "Uraqan" məhv edilib.
bir TOS məhv edilib.
4 TOR zenit-raket kompleksi məhv edilib
40-a yaxın OSA zenit-raket kompleksi məhv edilib.
4 KUB və bir KRUQ zenit-raket kompleksi məhv edilib.
2 "S-125" zenit-raket kompleksi məhv edilib.
6 "S-300" zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib.
2 "Elbrus" əməliyyat-taktiki raket kompleksi məhv edilib
1 "Toçka-U" raketi məhv edilib.
231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb.

Azərbaycan ordusu dünya müharibə tarixində nadir hallarda görünən uğura imza atdı. Ermənilər işğal etdikləri torpaqlarda neçə illər idi ki, möhkəmlənirdilər. Relyef baxımından da, üstünlük onlar tərəfdə idi. Bütün bu çətinliklərə baxmayaraq ordumuz düşmənin öhdəsindən gəldi. Düşmənin yaratdığı müdafiə xətləri dağıdıldı. Ermənistan ordusu əsgərlərimizin qarşısında aciz qalıb. Məğlub olduqların başa düşüb bütün dünyaya səs salıblar ki, bizə kömək edin. Artıq dünya əvvəlki deyil. Dünya ölkələri Azərbaycanın haqq savaşı apardığının bilir. Bu həm diplomatiya qələbəmizdir.

Düşmənlər bizə sülh üçün yalvarırdılar. Müxtəlif dövlətlərin vasitəsilə üç dəfə humanitar atəşkəs imzalansa da, hər dəfə Ermənistan humanitar atəçkəsi pozdu. Düşmən öz acı məğlubiyyətinin əvəzini mülki insanlarımızı hədəfə almaqla çıxmağa çalışdı. Mənfur düşmən Gəncəni,Tərtəri, Ağcabədini və bir çox rayonlarımızı atəşə tutdu. Mülki vətəndaşlarımız həlak oldu. Azərbaycan Ordusu vətəndaşlarımızın heyfini döyüş meydanında düşməndən artıqlamasıyla aldı. Bizim ordu düşməndən fərli olaraq onların mülki əhalisinin hədəf almır. Bu fakt bizim necə bir humanist xalq olduğumuzun göstəricisidir.

İkinci Qarabağ savaşı başlayan kimi nə qədər insan könüllü döyüşmək üçün hərbi komissarlıqlara üz tutdu. Hamı vətəni üçün döyüşməyə hazır olduğunu bildirirdi. Millət olaraq insanlarımız əlindən gələn köməyi vətəni üçün əsirgəmir. Hamı istəyir ki, kiçik də olsa qələbədə payı olsun. Bu müharibə xalqımızı yumruq kimi düşmənə qarşı birləşdirdi. Çünki bu müharibə bizim haqq savaşımızdır.

Biz inanırıq ki, Azərbaycan Ordusu tez bir zamanda torpaqlarımızı erməni işğalçılarından azad edəcək. Şanlı ordumzuzn bayrağımızı Şuşada dalğalandıracağı günlər uzaqda deyil.

Fərid Zöhrabov