“Biz Ankara ilə ortaq məxrəc tapırıq” – “Əməkdaşlığımızı davam etdirəcəyik”

“Biz Ankara ilə ortaq məxrəc tapırıq” – “Əməkdaşlığımızı davam etdirəcəyik”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onun ölkəsi beynəlxalq problemlərin çözülməsində Türkiyə iləəməkdaşlığı davam etdirəcək.

Lavrov oktyabrın 26-da Yunanıstan paytaxtı Afinada bu ölkənin xarici işlər naziri Nikos Dendiasla görüşündən sonra jurnalistlərə deyib: “Bizim bəzi problemlərdə yanaşmalarımız üst-üstə düşmür, lakin biz Ankara ilə ortaq məxrəc tapırıq”.

"Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var, lakin bu münasibətlər problemsiz deyil…Amma biz yaxşı nəticələrin əldə olunmasıüçün səylərimizi birləşdiririk və kritik vəziyyətlərin normallaşdırılmasıüçün zəruri olan şəraitin yaradılmasında köməkləşirik. Biz Türkiyə iləəməkdaşlığımızı davam etdirəcəyik – deyə, Lavrov bildiib.

Ankara və Afina arasında Aralıq dənizində davam edən mübahisə məsələsinə toxunan Lavrov deyib ki, bu məsələ diplomatiya vasitəsilə həll olunmalıdır: "Ölkələr arasında hər hansı problemlər yarananda, onları, Türkiyə və Yunanıstan arasındakı problem də daxil, nə qədər çətin olmasına baxmayaraq dialoq vasitəsilə həll etmək lazımdır. Biz bu problemlərin müzakirə olunmasında və birbaşa dialoq vasitəsilə həll edilməsində maraqlıyıq”.

Xatırladaq ki, son aylarda, Türkiyə Aralıq dənizində Yunanıstan və Kiprin də iddialı olduğu dəniz sahəsində neft-qaz axtarışı aparmaq qərarına gəldikdən sonra Afina və Ankara arasında gərginlik yaranıb.

“AzPolitika.info”