Elvis Preslinin 1 milyonluq üzüyü hərraca çıxarılacaq - FOTO

Elvis Preslinin 1 milyonluq üzüyü hərraca çıxarılacaq - FOTO

Rok-n-rollun kralı Elvis Presliyə məxsus ziynət əşyası hərracda nümayiş olunacaq.

Open.az xarici KİV-ə istinadən xəbər verir ki, əfsanəvi müğənni Elvis Preslinin brilyant qaşlı üzüyü auksiona çıxarılacaq.

Ziynət əşyası Amerika Birləşmiş Ştatlarının GWS hərrac evində nümayiş olunacaq. Mütəxəssislər məşhurun üzüyünün 1 milyon dollara satılacağını ehtimal edirlər.

Ziynət əşyası Preslinin sifarişi ilə özü üçün hazırlanıb. Qiymətli üzük 18 əyyardır. Hərrac noyabrın 28-də baş tutacaq.

Qeyd edək ki, Elvis Presli sözügedən üzüyü 1975-ci ildə keçirilən konserti zamanı J.D. Summer adlı şəxsə hədiyyə edib.