Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar (FOTO)

Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar (FOTO)

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, mötəbər yarışın son günü daha üç cüdoçumuz medal qazanmağa müvəffəq olub.

Qadınların yarışında İrina Kindzerska (+78 kq) gümüş, kişilərin mübarizəsində isə Məmmədəli Mehdiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) bürünc medal qazanıb.

Beləliklə Azərbaycan cüdoçuları nüfuzlu yarışda 5 medal qazanıblar. Çempionatın əvvəlki günlərində Orxan Səfərov (-66 kq) qızıl, Rüstəm Orucov (-73 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, Avropa çempionatında qitənin 40 ölkəsindən 345 cüdoçu mübarizə aparıb.