AB-dən ABŞ-a çağırış: Edam qərarı...

AB-dən ABŞ-a çağırış: Edam qərarı...

ABŞ-da 20 ildən sonra edam qərarının yenidən başlaması bizi narahat edir.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano deyib.

“AB edam cəzasına qarşıdır. Edam amansız və qeyri-insani bir cəzadır. Bu o deməkdir ki, əgər məhkəmə səhvən hökm oxuyarsa, artıq məhkum üçün gec ola bilər. AB ABŞ rəhbərliyini edamla bağlı qərarını dəyişdirməyə və bütün ölüm hökmlərinin icrasını dayandırmağa çağırır”.