Moskvada koronavirusdan daha 75 nəfər öldü

Moskvada koronavirusdan daha 75 nəfər öldü

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 75 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 8308 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada 74 nəfərin öldüyü açıqlanmışdı.