Tozsoranlar evdəki söhbətləri dinləyə və ötürə bilər

Tozsoranlar evdəki söhbətləri dinləyə və ötürə bilər

ABŞ-ın Maryland Universitetindən bir qrup tədqiqatçı robot tozsoranların evdəki səsləri qeyd etmək üçün istifadə edilə biləcəyini açıqlayıb. Kompüter mütəxəssisləri normalda mikrofonu olmayan bu robotları siqnal işləmə üsullarından istifadə edərək qeyd cihazlarına çeviriblər.

Sonxeber.az ted.az-a istinadən bildirir ki, tədqiqatçılar "Lidar" texnologiyası istifadə edən bütün cihazların bu üsulla manipulyasiya edilə biləcəyini söyləyir.

Səs dalğaları cisimləri titrədir. Bu titrəmələr cisimdən əks olunan işıqda dəyişiklikliyə səbəb olur. 1940-cı illərdən bəri casusluqda istifadə olunan lazer mikrofonları bu dəyişiklikləri yenidən səs dalğalarına çevirir.

Tozsoran sensoru tərəfindən aşkarlanan siqnallar səs dalğalarını qəbul etmək üçün lazım olan məlumatların çox az hissəsini təmin edir.

Bu səbəbdən araşdırma çərçivəsində süpürgənin Lidar sisteminin bir mikrofon kimi işləməsinə imkan verə biləcəyi və siqnalın keyfiyyətli səs siqnallarına çevrilə biləcəyi araşdırılıb.