Real Madrid" "Qarabağ"ın rəqibi ilə heç-heçə edib

Real Madrid" "Qarabağ"ın rəqibi ilə heç-heçə edib

Ağdamın "Qarabağ" futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal" İspaniya çempionatında növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Marselino Qarsiyanın kollektivi 10-cu turda "Real Madrid"in qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı 2-ci dəqiqədə Madrid təmsilçisinin futbolçusu Mariano Dias açıb. Cerard Moreno isə 76-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək, "Vilyarreal"ı məğlubiyyətdən xilas edib.

Turun digər matçlarında isə "Sevilya" doğma meydanda "Selta Viqo"nu 4:2 hesabı ilə məğlub edib. "Osasuna" – "Hueska" və "Levante" – "Elçe" görüşlərinin hər birində hesab 1:1 bərabərliklə bitib.

Hazırda isə "Atletiko Madrid" doğma meydanda "Barselona"nı qəbul edir.

X turun digər oyunları aşağıdakılardır.

"Eybar" – "Xetafe";

"Kadiz" – "Real Sosyedad";

"Qranada" – "Real Valyadolid";

"Deportiva Alaves" – "Valensiya";

"Atletiko Bilbao" – "Real Betis" :

Qeyd edək ki, çempionatın turnir cədvəlinə 20 xalla "Soysedad" başçılıq edir. "Vilyarreal" 19 xalla 2-ci., "Atletiko" isə 17 xalla 3-cüdür.