Rabitə qülləsinə çıxaraq intihar etmək istədi

Rabitə qülləsinə çıxaraq intihar etmək istədi

Zaqatala rayonunun Mamrux kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Azvision.az xəbər verir ki, bu barədə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.