“Qarabağ” yenə məğlub oldu - YENİLƏNİB+VİDEO

“Qarabağ” yenə məğlub oldu - YENİLƏNİB+VİDEO

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçı başa çatıb.

Təmsilçimiz oyun ərzində iki dəfə önə keçsə də, hər iki halda bu üstünlüyünü qoruya bilməyib və meydandan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

Bu, “Qarabağ”ın qrup mərhələsində dörd oyundan sonra dördüncü məğlubiyyəti olub.

23:38

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında beşinci qol vurulub.

“Sivasspor” hesabda önə çıxıb.

Kone 79-cu dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

23:17

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında dördüncü qol vurulub.

Oyunun 58-ci dəqiqəsində Kayode növbəti dəfə hesabı bərabərləşdirib.

23:06

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında hesab yenidən dəyişib.

Görüşün 51-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Uroş Matiç komandasını hesabda önə çıxarıb.

O baxımlı qola imza atıb.

Hazırda Ağdam təmsilçisi hesabda öndədir.

22:39

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında hesab dəyişib.

Oyunun 40-cı dəqiqəsində nominal qonaqların hücumçusu Aruna Kone penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

Hazırda oyunda 1:1 hesablı bərabərlik davam edir.

22:05

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında hesab açılıb.

Oyunun 8-ci dəqiqəsində “Qarabağ”ın hücumçusu Abdullah Zubir rəqibi məyus edib.

Ağdam təmsilçisinin 1:0 hesablı üstünlüyü davam edir.

21:56

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında start fiti səslənib.

Oyunda hesab açılmayıb.

21:11

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində baş tutacaq “Qarabağ” - “Sivasspor” matçında start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 77. Donald Gerye, 81. Kevin Medina, 2. Qara Qarayev, 44. Elvin Cəfərquliyev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 7. Ovusu Kvabena, 11.Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 9. Xayme Romero, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

“Sivasspor”: 30. Mamadu Samassa, 3. Uğur Çiftçi, 4. Aaron Appindonqoe, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa, 8. Robin Yalçın, 6. Klaudemir, 10. Yasin Öztekin, 29. Kazimir Ninqa, 2. Aruna Kone, 7. Maks Qradel

Ehtiyat oyunçular: 35. Ali Şaşa Vural, 14. Samba Kamara, 5. İsak Kofie, 80. Olarenvayu Kayode

Baş məşqçi: Rıza Çalımbay

07:57

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun komandası qrupdakı dördüncü matçında “Sivasspor”la üz-üzə gələcək.

Bakı vaxtı ilə 21:55-də başlayacaq qarşılaşma İstanbul şəhərində keçiriləcək.

Tərəflər arasında baş tutan ilk qarşılaşmada Türkiyə təmsilçisi 2:0 hesablı qələbəyə sevinmişdi.

Bu oyuna qədər qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olan “Qarabağ” sonuncu yerdədir. “Sivasspor” 3 xalla üçüncü, “Makkabi” 6 xalla ikinci, “Vilyarreal” 9 xalla birinci yerdə qərarlaşıb.