Razi Nurullayev: “Xalq narazılıq edir ki, deputatlar danışmır” - Foto

Razi Nurullayev: “Xalq narazılıq edir ki, deputatlar danışmır” - Foto

“Milli Məclisdə hər dəfə danışmaq olmur. Koronavirus ucbatından tez bitirmək lazım gəlir. Digər tərəfdən isə danışmaq istəyən çoxdur. Çox deputata növbə çatmır. Sədr Sahibə xanım əlindən gələni edir ki, daha çox deputat danışa bilsin. Vallah, çox sağ olsun. Amma yenə də çatdırmaq olmur. Digər tərəfdən isə xalq narazılıq edir ki, deputatlar danışmır. Deputatlar da düşünür ki, hamı danışır və danışmaq istəyən də çoxdur deyə vaxt çatmır. Bax belə bir təzad var...”

PİA.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev deyib.

R.Nurullayev qeyd edib ki, Milli Məclisin noyabrın 26-da keçirilən plenar iclasında çıxış edənlər çoxluq təşkil edib: “Deputatlar Fransa Senatını quru yuyub yaş sərdilər. Bu şəkil çəkdirdiyim yer Sədr Sahibə xanım tərəfindən deputatların müsahibə verməsi üçün düzəldilib. Mən artıq istifadə edirəm. Daha Parlamentdə söz demək növbəsi çatmayanda, çıxışımı burada edib paylaşacam. Nə fərqi var, Parlamentin hər yeri gözəldir və tribunadır. Vacib olan xalqla birlikdə olmaq və sözünü ona çatdırmaqdır. Sədr Sahibə xanıma həqiqətən də belə gözəl yerə görə təşəkkür edirəm. Qarabağ Azərbaycandır. Var olsun şanlı əsgər və zabitlərimiz! Təbii ki, Prezident İlham Əliyevə də xalqımıza zəfər bəxş etdiyinə görə təşəkkür etməliyəm və edirəm”.(Pravda.az)

Fotoları təqdim edirik