Cia.az
08:44
COVID-19 zamanı əsas ağırlaşmalar olaraq pnevmoniya (75%), kəskin respirator distress sindromu (15%), kəskin qaraciyər zədələnməsi (19%), ürəyin zədələnməsi (7-17%), qan laxtalanmasının artması - protrombotik koaqulopatiya (10-25%), kəskin böyrək zədələnməsi (9%), kəskin serebrovaskulyar xəstəlik (3%), şok (6%) diqqəti çəkir. Kardiovaskulyar sistemdə - perikardial ödem və effüziya, miokard ödemi, endotelit; Qaraciyərdə - steatoz, hepatik nekroz, endotelit; Böyrəkdə - kəskin tubular zədələnmə, damarlarda fibrin və hiyalin trombuslar, tubulointerstisyal iltihab; Mədə-bağırsaq sistemində - işemik enterokolit, endotelit; Dalaqda - nekroz, atrofiya, hemorragiyalar və infarkt; Sümük iliyində - histiositik hiperplaziya və hemofaqositoz kimi toxuma dəyişiklikləri görülə bilər.