Ərəb ölkəsindən etiraf: Onlarla Türkiyəyə qarşı birləşdik

Ərəb ölkəsindən etiraf: Onlarla Türkiyəyə qarşı birləşdik

Yunanıstan, Misir və Fransa ilə birlikdə Şərqi Aralıq dənizindəki məsələ ilə bağlı Türkiyəyə qarşı mövqe sərgilədik.

Axar.az xəbər verir ki, bunu BƏƏ xarici işlər naziri Ənvər Qarqaş bildirib.

Kiçik bir ölkə olduqlarını deyən Qarqaş geosiyasi maraqlarının olmadığı bölgələrdə belə Türkiyəyə qarşı mübarizə aparmaq üçün digər ölkələrlə bir hərəkət etdiklərini etiraf edib.