“Qələbə” eyforiyası içərisində həm “sevinəcəyik”, həm də ki, ağlayacağıq” -CEYHUN NƏBİ

“Qələbə” eyforiyası içərisində həm “sevinəcəyik”, həm də ki, ağlayacağıq” -CEYHUN NƏBİ

“2021-ci ilin daxil olması ilə siyasi repressiya və basqı siyasətinin abu-havası duyulmağa başladı. Əslində Rusyanın Qafqazda güclənməsindən sonra bunu anlayanlar var idi, indi isə daha açıq və real şəkildə görünməyə başlayır. Xüsusi olaraq ağırlaşan iqtisadi vəziyyət, pandemiya nəticəsində yaranan fəsadlar, həmçinin müharibə xərcləri, Anti-Rusiya meyillərinin güclənmə ehtimalları və digər məsələlər rejimi sərt addımlara atmağa vadar edir”.

Sozcu.az xəbər verir ki, bunu Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi deyib:

” Azərbaycanı ağır, çox ağır günlər gözləyir. Heç kəs düşünməsin ki, bu vəziyyətdən kənarda qala bilər, yaranacaq vəziyyət hər kəsə təsir edəcək. Bir kəsim siyasi təyziqlərdən əziləcəksə, böyük bir kəsimdə ağır iqtisadi vəziyyətin təsirlərindən qaça bilməyəcək. Hökümətə qarşı duruş gücü, sağlam mövqeyi, xalqın inam və etimadını qazanacaq siyasi kəsimlər daha çox basqılardan pay alacaq. Daha fərqli siyasi mühit mənzərəsi yaratmağa cəhd edəcəklər, ittiham maddələri dəyişəcəkdir. “Qələbə” eyforiyası içərisində həm “sevinəcəyik”, həmdəki ağlayacağıq”.