Yunan xüsusi təyinatlıları Rusiyanın quru yük gəmisini yoxlayıb - Nümayişkəranə...

Yunan xüsusi təyinatlıları Rusiyanın quru yük gəmisini yoxlayıb - Nümayişkəranə...

Yunanıstan hərbi-dəniz qüvvələrinin (HDQ) xüsusi təyinatlıları Aralıq dənizində nümayişkəranə şəkildə Rusiyanın «Adler» yük gəmisinə girib. Bu barədə yanvarın 13-də Yunanıstan KİV-i xəbər veriblər.

Onların informasiyalarına görə, yunan hərbçləri ehtimal ediblər ki, gəmidə Rusiyadan Liviyaya göndərilən silahlar ola bilər. Yunanıstan gəmisi «Adler»i təqib etməyə başlayıb, sonra isə yoxlamaq üçün yunan HDQ xüsusi təyinatlıları Rusiya gəmisinin göyərtəsinə soxulub.

Qeyd olunur ki, «Adler»in ekipajı gəminin yoxlanmasına razılıq verib, hərbçilər isə gəmidə qadağan olunmuş və ya şübhəli heç nə tapa bilməyiblər. Bununla əlaqədar, insident bitmiş hesab edilib.

Avropa İttifaqının «Tvitter»dəki missiyası bu epizodu gəminin İRNİ əməliyyatı çərçivəsində «dostcasına» yoxlanması adlandırıb - məqsədi isə Liviyaya silah tədarükünün qarşısının alınması olduğunu bildirib.

Xəbər verildiyi kimi, 2020-ci il dekabrın sonunda Rusiya silahlı qüvələri Baş Qərargahının rəisi general Valeri Gerasimov NATO ordusunun hazırlıq tədbirləri istiqamətində anti-Rusiya meyllərinin və alyansın Rusiya sərhədlərində təxribatçı fəaliyyətinin artdığını bəyan edib. Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin isə xəbərdarlıq edib ki, bu, ciddi insidentə gətirə bilər.

AzPolitika.info