ABŞ-dan İrana yeni sanksiyalar

ABŞ-dan İrana yeni sanksiyalar

Vaşinqton İranın daha 16 təşkilatına qarşı sanksiyalar paketini təsdiq edib.

Unikal.org “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi qərar verib.

Sanksiyalar siyahısına iki İran vətəndaşı da daxil edilib.

İraq vətəndaşı Əbdül Əziz əl-Məhəmmədəvi isə Birləşmiş Ştatların axtardığı terrorçular siyahısına daxil edilib və onun axtarışları istiqamətində iş aparıldığı bildirilir.