F-35 qırıcısında 900 qüsur aşkarlandı - Pentaqon

F-35 qırıcısında 900 qüsur aşkarlandı - Pentaqon

F-35 qırıcısında təyyarənin döyüş hazırlığına mənfi təsir göstərən təxminən 900 qüsur var.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun sınaqlar üzrə idarəsindən məlumat verilib.

“ABŞ-ın ən bahalı silahının hələ də bir çox qüsuru var, bunların çoxu öncədən müəyyən edilib. Problemlər təyyarənin proqram təminatı və aparatı ilə bağlıdır. Bu qüsurların 10-u potensial olaraq ciddi problemlərdir. Onlar pilotların təhlükəsizliyini zərbə altına qoya və hərbi əməliyyatlar zamanı effektivliyini azalda bilər”, - məlumatda bildirilib.

Qeyd olunub ki, təyyarə Rusiya və Çin təhdidlərinə qarşı savaşa hazır olduğunu təsdiqləmək üçün simulyasiya təlimlərindən keçməlidir. Yalnız bundan sonra F-35-lərin kütləvi istehsalına başlanıla bilər.