Gürcüstanda hakim partiyanın yeni sədri seçilib

Gürcüstanda hakim partiyanın yeni sədri seçilib

Bakı. Orxan Nəbiyev - Trend:

Gürcüstan parlamentinin sabiq spikeri İrakli Kobaxidze hakim "Gürcü arzusu" partiyasının yeni sədri seçilib.

Trend-in məlumatına görə, yeni təyinat partiyanın qurultayında keçirilən səsvermədən sonra baş tutub.

O, bu vəzifədə ölkənin sabiq baş naziri Bidzina İvanşvilini əvəz edəcək.

Qeyd edək ki, B.İvanişvili ötən həftə siyasətdən getdiyini açıqlamışdı.