Matip qayıtdı

Matip qayıtdı

"Liverpul"un futbolçusu Joel Matip zədəsini tam sağaldıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb. Almaniyalı oyunçunun Premyer Liqanın 19-cu turunda "Mançester Yunayted"lə matçda meydanda olacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 17-də keçiriləcək "Liverpul" - "Mançester Yunayted" görüşü Bakı vaxtı ilə 19:30-da balayacaq.