" Həbib titulundan imtina etməlidir"

" Həbib titulundan imtina etməlidir"

UFC prezidenti Dana Uayt, yüngül liqa çempionu Həbib Nurməhəmmədov ilə iki çəki dərəcəsində keçmiş UFC çempionu Corc Sen-Pyer arasında döyüş təşkil etmə ehtimalından danışıb. SİA-nın məlumatına görə, Uayt bu barədə Tvitterdəki "UFC Arabia" səhifəsində açıqlama verib. Onun sözlərinə görə, rusiyalı çempionun Sen-Pyerlə döyüşməsi üçün kəmərindən imtina etməsi lazım gələcək.

Xatırladaq ki, dünən Dana Uayt və Həbib Nurməhəmmədov gələcəyi müzakirə etmək üçün görüş keçiriblər. Danışıqların nəticələri hələlik məlum deyil.