Paşinyan İrəvan merini də istefaya göndərir

Paşinyan İrəvan merini də istefaya göndərir

İrəvan meri Ayk Marutyan yanvarın sonuna qədər istefaya gedəcək.

Axar.az xəbər verir ki, bu məlumatı erməni mediası yayıb.

“Marutyanla Paşinyan arasında münasibətlər artıq bir neçə aydır gərgindir. Paşinyan dekabrın sonunda ona deyib ki, Mənim Addımım Blokunun İrəvan Şəhər Şurasındakı fraksiyası ona özünün etimadsızlığını elan edib, onu devirəcək, lakin Marutyan ona könüllü getməsi üçün zaman verilməsini istəyib”, – deyə mediaya danışan mənbə bildirib.