İran uranı zənginləşdirməkdə davam edir: ABŞ-ın buna reaksiyası necə olacaq? - AÇIQLAMA

İran uranı zənginləşdirməkdə davam edir: ABŞ-ın buna reaksiyası necə olacaq? - AÇIQLAMA

İran ilk dəfə olaraq uranın metal birləşməsinin istehsalına başlayıb.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) açıqlamasında bildirilib.

AEBA-nın baş direktoru Rafael Qrossi agentliyə üzv olan dövlətləri İranın metallı uran istehsalı ilə bağlı məlumtlandırıb.

İranın məqsədi Tehrandakı araşdırma reaktorunu yeni növ yanacaqla təmin etməkdir.

İran Atom Enerjisi Agentliyinin təmsilçisi Kazım Qəribabadi bildirib ki, AEBA-nın müfəttişləri üç gün əvvəl bəhs etdiyimiz kimyəvi birləşmə istehsal edilən müəssisədə olublar. Qrossi bir neçə gün əvvəl razılaşmanın bərpasına yaxın həftələrdə başlamağa çağıran açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, bir neçə aydan sonra bu gec olacaq.

Məlum olduğu kimi, illər əvvəllər ABŞ və İran arasında münasibətlərin kəskinləşməsinə səbəb məhz İranın uranın zənginləşdirilməsini öz istəyinə uyğun olaraq davam etdirməsi olub.

ABŞ-ın yeni hakimiyyətinin bu məsələdə mövqeyi necə olacaq, yenidən İrana sanksiyalar tətbiq edilə bilərmi?

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, vaxtilə Barak Obama dövründə Avropa dövlətləri İranla saziş imzalamışdı və həmin saziş əsasında uranın zənginləşdirilməsi məsələsinə nəzarət olunurdu:

“Müəyyən çərçivə vardı və İran həmin çərçivədən çıxa bilmirdi. Donald Tramp dövründə hesab etdilər ki, İran çərçivədən çıxır və ABŞ sazişdən çıxdı. İran bunun əvəzinə öz üzərindən uranın zənginləşdirilməsi məhdudiyyətini də götürdü, Beləliklə, onların arasında əsl qarşıdurma yaşanmağa başlandı”.

Fikrət Sadıqov hesab edir ki, əgər ABŞ-ın yei rəhbərliyi regionda sülhün qorunmasını düşünürsə, o zaman İranla bir araya gəlməlidir:

“Ya yeni bir saziş imzalasınlar, ya da həmin sazişi bərpa etsinlər. Əks halda qarşıdurma artacaq və İran da öz bildiyini edəcək. Bu reallıqları yeni prezident qəbul etməlidir”.

Xatirə
Cebhe.info



Bizim Telegram səhifəmizi izləyin