Rusiyada ilin əvvəlindən maksimum sayda adam – 590 nəfər koronavirusdan ölüb

Rusiyada ilin əvvəlindən maksimum sayda adam – 590 nəfər koronavirusdan ölüb

Rusiyada ötən gün 24 092 koronavirus xəstəsi aşkar edilib.

AZƏRTAC xəbər verir ki, ölkədə xəstələrinin ümumi sayı 3 544 623 nəfərə çatıb.

Bir gündə 27 311 nəfər sağalıb, 590 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 2 936 991 xəstə sağalıb, 65 085 nəfər ölüb. Hazırda ölkədə 542 547 nəfər COVID-19 xəstəsi var.

Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 4674 nəfər artıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva