Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində 164 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 5862 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 24 161, virusa yoluxanlar isə 2 392 963 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 270 769 pasiyent (son sutkada 7905 nəfər) sağalaraq evə buraxılıb.