Rusiyada qar uçqunu: Federasiya rəhbəri öldü

Rusiyada qar uçqunu: Federasiya rəhbəri öldü

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında qar uçqunu baş verib.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər uçqun altında qalıb.

Hadisə Dombay qəsəbəsindəki Mussa-Açitara dağında qeydə alınıb. Təbii fəlakət nəticəsində xizək yolu, iki xizək avadanlıqlarını icarəyə verən obyekt və kafe qar altında qalıb.

Qar uçqunu nəticəsində həlak olanlardan biri Dombay Dağ-Xizək və Snoubord Federasiyasının prezidenti Hacı Murad Marşankulovdur. Onun övladı Şamil Marşankulov atasının ölüm xəbərini təsdiqləyib.