Manuel Noyer Oliver Kanın rekordunu ötdü

Manuel Noyer Oliver Kanın rekordunu ötdü

Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.

“Şalke” ilə matç qapıçının Bundesliqada 197-ci quru oyunu (qol buraxmadığı oyun) olub.

Bununla da Noyer əfsanəvi qapıçı Oliver Kanın rekordunu keçib.