Bakıda motosiket gənc oğlanı vuraraq xəsarət yetirdi

Bakıda motosiket gənc oğlanı vuraraq xəsarət yetirdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu piyadalar üçün nəzərdə tutulmayan ərazidən keçən 2000-ci il təvəllüdlü Allahverdiyev Eynal Tərlan oğlunu motosiklet vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.