Böyük Britaniyada baş verən daşqın nəticəsində evlər su altında qalıb

Böyük Britaniyada baş verən daşqın nəticəsində evlər su altında qalıb

London, 25 yanvar , AZƏRTAC

Böyük Britaniyanın Vorsterşayr qəsəbəsində daşqın nəticəsində evlər su altında qalıb.

AZƏRTAC xəbər verir ki, ərazidə qurulan müdafiə baryerləri güclü daşqınlar nəticəsində aşaraq yüzlərlə evi su altında qoyub. Qəsəbəyə gələn xilasetmə qrupları insanları təhlükəsiz əraziyə təxliyə edib.

Ətraf Mühit Agentliyi yağan güclü yağışlardan sonra ölkədə 90-dan çox daşqın xəbərdarlığı olduğunu açıqlayıb.

Qeyd edək ki, ötən il fevral ayında bu ərazidə baş verən güclü daşqın nəticəsində müdafiə baryerləri qurulmuşdu və Baş nazir Boris Conson əraziyə səfər etmişdi.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London