Meksikanın prezidenti koronavirusa yoluxub

Meksikanın prezidenti koronavirusa yoluxub

Bakı. Trend:

Meksikanın prezidenti Andres Manuel Lopes Obrador koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə latınamerikan dövlətinin başçısı "Twitter" səhifəsində yazıb.

"Təəsüflə sizə kovidə yoluxduğumu bildirirəm. Simptomlar yüngüldür, amma artıq müalicə alıram. Həmişəki kimi nikbin qalıram", - mesajda deyilir. 67 yaşlı siyasətçinin sözlərinə görə, səhərki konfranslarda onu daxili işlər naziri Olqa Sançes Kordero əvəz edəcək. "Ölkə rəhbərliyini Milli Saraydan izləyəcəm", - o əlavə edib.

Qeyd edilir ki, 2020-ci ildə Meksika hökumətinin bir neçə üzvü, o cümlədən maliyyə və ictimai kredit naziri Arturo Herrera koronavirusa yoluxublar. Hamısı sağalıb və vəzifələrinin icrasına qayıdıblar.