Siyəzəndə xarici ölkə vətəndaşı yol qəzasında xəsarət aldı

Siyəzəndə xarici ölkə vətəndaşı yol qəzasında xəsarət aldı

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə zamanı Dağıstan Respublikasının vətəndaşı olan Abdulhatipov Atrur Aqamedrasuloviç ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol budun yerdəyişən qəlpəli sınıqları və qabırğaların sınığı diaqnozları qoyulub.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirib.

Hadisənin təfərrüatı araşdırılır.