Türk gəmisinə quldur hücumunun TƏFƏRRÜATLARI – VİDEO

Türk gəmisinə quldur hücumunun TƏFƏRRÜATLARI – VİDEO

Qvineya Körfəzindəki Türk gəmisinə quldur hücumunun təfərrüatları məlum olub.

Yenicag.az xəbər verir ki, quldurların gəmini yarım saat izlədikləri və 7 saat ərzində balyozla qapıları sındırmağa çalışdıqları bildirilib. Qapını qıra bilməyən dəniz quldurlarının daha sonra daş mühərriklə qapıları kəsdikləri və kəsilmiş deliklərdən atəş açdıqları ifadə edilib.

Qeyd edək ki, Liberiya bayraqlı İstanbul və London mərkəzli bir şirkətə məxsus olan M / V Mozart konteyner gəmisi Nigeriya yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb. 19 gəmi heyəti ilə və Laqosdan təxminən 180 mil məsafədə üzən Türk gəmisinə edilən hücumda bir nəfər ölüb və 15 nəfər qaçırılıb.

“Sabah” qəzetinə görə, quldurlar 15 personalın sərbəst buraxılması üçün 5 milyon dollar fidyə (girov pulu) tələb etdiyi iddia edilib.