"Real Madrid" Luka Modriçlə bağlı qərarını açıqladı

"Real Madrid" Luka Modriçlə bağlı qərarını açıqladı

İspaniyanın "Real Madrid" klubu futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayacaq.

“Report” xəbər verir ki, bu barədə Madrid təmsilçisinin direktoru Emilio Butragenyo "Marca"ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, 36 yaşlı yarımmüdafiəçi "kral klubu"nda çıxışını davam etdirəcək.

Qeyd edək ki, Luka Modriçin "Real Madrid"lə sözləşməsi yayda başa çatır. Xorvatiyalı oyunçu 2012-ci ildən paytaxt klubunun formasını geyinir. Modriç bu müddət ərzində 2 dəfə La Liqanın, 4 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.Təcrübəli futbolçu 2018-ci ildə "Qızıl top" mükafatını da qazanıb.