Rusiyada son sutkada 417 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada 417 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 11 823 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 189 153 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 417 nəfər artaraq 84 047-yə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 739 344 nəfər sağalıb.