AFFA "Qəbələ"nin baş məşqçisinin cəzasını açıqlayıb

AFFA "Qəbələ"nin baş məşqçisinin cəzasını açıqlayıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.

Komitə üzvləri yaşananlarla bağlı müvafiq qərarlar çıxarıb.

19.02.2021-ci ildə Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 8 nömrəli futbolçusu Uroş Matiç-in futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunur. (maddə 69.3)

20.02.2021-ci ildə Premyer Liqanın XVI turunun “Keşlə” – “Zirə” oyununda matçın 61-ci dəqiqəsində “Zirə” klubunun 44 nömrəli futbolçusu Dmitrios Çantakias “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimələnir. (maddə 37.1)

20.02.2021-ci ildə Premyer Liqanın XVI turunun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimələnir. (maddə 61.1)

20.02.2021-ci ildə Premyer Liqanın XVI turunun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)