Gürcüstan DİN-in serverlərinə haker hücumu edilib

Gürcüstan DİN-in serverlərinə haker hücumu edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) kompüter infrastrukturuna haker hücumları təşkil olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə nazirliyin məlumatında bildirilib.

Qeyd olunub ki, hücum müxtəlif ölkələrdən həyata keçirilib. Nazirliyin müvafiq bölməsi operativ şəkildə hücumun qarşısını alıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası da serverlərinə haker hücumlarının edilməsi ilə əlaqədar DİN-ə müraciət edib.