Kommunal borcların ödənişində problem yarandı

Kommunal borcların ödənişində problem yarandı

“Hesab.az” platformasında onlayn ödəniş əməliyyatlarının işində problem yaranıb.

Bu barədə Axar.az-a müraciət edən vətəndaşlar bildirib ki, “Hesab.az”da onlayn ödənişlər etmək mümkün deyil.

“Hesab.az”ın müştəri xidmətindən saytımıza verilən məlumata görə, problem vətəndaşların bank kartları ilə bağlı məsələlərdən qaynaqlanır:

“Bir çox müştəridə müşçahidə edilən problem bank kartı ilə əlaqədardır. Təhlükəsizlik kodu bəzi kartlarda aktiv olmadığı üçün ödəmə icra olunmur”.